AZ

"Tesla" “Dojo” superkompüter layihəsini dayandırır

Bakı. Trend:

ABŞ-nin elektrik avtomobil istehsalçısı “Tesla” şirkəti “Dojo”superkompüteri üzərində çalışan komandanı ləğv edib.

Trend-in“Bloomberg”ə istinadən verdiyi xəbərə görə, layihənin rəhbəri PiterBannon şirkətdən ayrılır.

Mənbələrin məlumatına görə, komandanın ən azı 20 üzvü işdənçıxarılıb, digər əməkdaşlar isə “Tesla”nın digər layihələrinəyönləndirilib.

Bundan sonra şirkət süni intellekt və hesablama gücü ilə bağlıehtiyaclarını əsasən texnoloji tərəfdaşlar — ABŞ-nin “Nvidia” və“Advanced Micro Devices” (AMD), eləcə də Cənubi Koreyanın “SamsungElectronics” şirkətləri vasitəsilə təmin edəcək.

Seçilən
101
8
az.trend.az

8Mənbələr