AZ

ABŞ bu prezidenti həbs etmək istəyir: 50 milyon dollar mükafat verir

ABŞ hakimiyyəti Venesuela Prezidenti Nikolas Maduronun həbsi üçün verilən mükafatı 50 milyon dollara qədər artırıb.

Editor.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi ABŞ-ın baş prokuroru Pem Bondiyə istinadən məlumat yayıb.

“ABŞ Venesuela prezidenti Nikolas Maduronun həbsi ilə nəticələnəcək məlumat üçün 50 milyon dollar mükafat təklif edir,” – deyə Pem Bondi bildirib.

Vaşinqtonun Maduronu bu qədər sərt şəkildə hədəfə almasının səbəbi kimi, onun narkokartellərlə əlaqələri göstərilir. ABŞ rəsmiləri iddia edirlər ki, Maduro “Tren de Aragua” adlı kriminal qruplaşma və Meksikanın məşhur “Sinaloa” karteli ilə əməkdaşlıq edir.

Qeyd edək ki, ABŞ artıq bu ilin əvvəlində – yanvarın 10-da Maduronun inaqurasiyasını tanımadığını açıqlamış və onun tutulması üçün mükafatı 25 milyon dollara qədər artırmışdı. Eyni zamanda, Maduro tərəfindən müdafiə naziri təyin olunan Vladimir Padrino üçün də 15 milyon dollarlıq mükafat müəyyənləşdirilmişdi.

Bundan əlavə, ABŞ Dövlət Departamenti Maduronun ətrafında olan bir sıra rəsmi şəxslərə qarşı vizə məhdudiyyətləri tətbiq edib. Bu şəxslər Venesueladakı seçki prosesini pozmaqda ittiham olunurlar.

//Samir Qurbanov, Editor.az

Seçilən
119
editor.az

1Mənbələr