AZ

Trampın ABŞ prezidentliyinə rəqibinin adı açıqlandı

Keçmiş baş siyasi strateq və ABŞ lideri Donald Trampın müşaviri Stiv Bannon ABŞ prezidenti postu uğrunda mübarizədə ona rəqib ola bilər.

Publika.az xəbər verir ki, bu barədə Britaniyanın “The Daily Mail” (DM) qəzeti mənbələrə istinadla məlumat yayıb.

Bildirilib ki, Bannon 2028-ci ildə keçiriləcək seçkilərdə namizəd kimi iştirak etməyi düşünür.

Nəşrin məlumatına görə, Bannon Respublikaçılar Partiyasının ilkin seçkilərində iştirak etmək istəyir. Onun fikrincə, ABŞ-ın hazırkı vitse-prezidenti C.D.Vens sərtlikdən məhrum olduğu üçün bu rola uyğun deyil. Məqalə müəllifləri hesab edirlər ki, Trampın keçmiş müşavirinin prezidentlik kampaniyasında iştirakı dövlət başçısının tərəfdarları qrupunda parçalanma yarada bilər.

Seçilən
53
1
publika.az

2Mənbələr