AZ

Trampın keçmiş müşaviri prezident olmaq istəyir

BAKI, 8 avqust. TELEQRAF

Amerika lideri Donald Trampın keçmiş müşaviri Stiv Bannon 2028-ci ildə prezidentliyə namizədliyini irəli sürməyə hazırlaşır.

Teleqraf xəbər verir ki, bu barədə “Daily Mail” nəşri mənbələrinə istinadən xəbər yayıb.

Məlumata görə, Bannon artıq siyasi məsləhətlər almağa başlayıb.

O, həmçinin ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Trampın mümkün varisi kimi namizədliyini ələ salıb və onun kifayət qədər qətiyyətli olmadığını iddia edib.

Seçilən
43
teleqraf.com

1Mənbələr