AZ

Konfrans Liqasında 3-cü raundun ilk oyunları yekunlaşdı

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2025/2026-cı illər mövsümünün 3-cü təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə 29 qarşılaşma baş tutub.

Azərbaycan təmsilçilərindən “Sabah”la “Araz-Naxçıvan” da bu turnirdə növbəti matçlarına çıxıblar. Təəssüf ki, hər iki klubumuz günü məğlubiyyətlə başa vurub. “Sabah” səfərdə minimal hesabla uduzsa da, mərhələ adlamaq şanslarını cavab görüşünə saxlayıb. Amma doğma meydanda biabırçı hesabla uduzmuş “Araz-Naxçıvan”ın Kiprdə baş tutacaq səfər oyununa sadəcə rəsmiyyət xatirinə gedəcəyi indidən dəqiqdir.

Qeyd edək ki, Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunları gələn həftə keçiriləcək.

Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunları
7 avqust

Araz-Naxçıvan (Azərbaycan) – Omoniya (Kipr) 0:4
Aris (Kipr) – AEK (Afina, Yunanıstan) 2:2
Kauno Jalgiris (Litva) – Arda (Bolqarıstan) 0:1
Milsami (Moldova) – Virtus (San Marino) 3:2
Rusenborq (Norveç) – Hammarbü (İsveç) 0:0
Banik (Çexiya) – Austria (Avstriya) 4:3
AİK (İsveç) – Dyor (Macarıstan) 2:1
Riqa (Latviya) – Beytar (İsrail) 3:0
Silkeborq (Danimarka) – Yagelloniya (Polşa) 0:1
Vikinq (Norveç) – Başakşəhər (Türkiyə) 1:3
Anderlext (Belçika) – Şerif (Moldova) 3:0
Alkmar (Niderland) – Vaduts (Lixtenşteyn) 3:0
Differdanj (Lüksemburq) – Levadiya (Estoniya) 2:3
Levski (Bolqarıstan) – Sabah (Azərbaycan) 1:0
Olimpiya (Sloveniya) – Eqnatiya (Albaniya) 0:0
Polesye (Ukrayna) – Paks (Macarıstan) 3:0
Sparta (Praqa, Çexiya) – Ararat (Ermənistan) 4:1
Vikinqur (Farer adaları) – Linfild (Şimali İrlandiya) 2:1
Lozanna (İsveçrə) – Astana (Qazaxıstan) 3:1
Ballkani (Kosovo) – Şemrok Rovers (İrlandiya) 1:0
Luqano (İsveçrə) – Çelye (Sloveniya) 0:5
Universitatya (Krayova, Rumıniya) – Spartak (Slovakiya) 3:0
Sent Patriks (İrlandiya) – Beşiktaş (Türkiyə) 1:4
Vikinqur Reykyavik (İslandiya) – Brondbü (Danimarka) 3:0
Hayduk (Xorvatiya) – Dinamo (Tirana, Albaniya) 2:1
Larne (Şimali İrlandiya) – Santa Klara (Portuqaliya) 0:3
Partizan (Serbiya) – Hibernian (Şotlandiya) 0:2
Rakov (Polşa) – Makkabi (Hayfa, İsrail) 0:1
Rapib (Avstriya) – Dandi Yunayted (Şotlandiya) 2:2

Seçilən
68
27
arena.az

10Mənbələr