AZ

"Sabah"ın potensial rəqiblərinin oyununda 3 qol

style='margin-bottom:10px;'>

"Sabah” - "Levski" cütünün Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri “AZ Alkmar” və “Vaduts”  bu gün 3-cü təsnifat mərhələsində ilk oyunlarına çıxıblar.

QOL.az xəbər verir ki, görüş Alkmar şəhərindəki "AZ Stadium"!da keçirilib. Matçda "AZ Alkmaar" 3:0 hesabı ilə qələbə qazanıb.

Hesabı 29-cu dəqiqədə Troy Parrott açıb. O, 74-cü dəqiqədə özünün və komandasının 2-ci qolunu vurub. Görüşdə son nöqtəni isə 80-ci dəqiqədə Meks Meerdink qoyub.

Bu komandalar arasında cavab oyunu avqustun 14-də Lixtenşteyndə olacaq. "AZ Alkmaar" (Niderland) - "Vaduts" (Lixtenşteyn) cütünün qalibi pley-offda "Sabah” (Azərbaycan) - "Levski" (Bolqarıstan) cütünün üstün tərəfi ilə qarşılaşacaq.

Qeyd edək ki, “Sabah” bu gün Sofiyada “Levski”yə 0:1 hesabı ilə uduzub.

Seçilən
93
1
teleqraf.com

2Mənbələr