AZ

Pensilvaniyada 2 hərbçi naməlum şəraitdə güllələnib

ABŞ-nin Pensilvaniya ştatında atışma nəticəsində 2 təhlükəsizlik qüvvəsi əməkdaşı güllələnib.

Moderator.az "Associated Press"ə istinadən xəbər verir ki, bu barədə ştat qubernatoru Coş Şapiro məlumat verib.

O bildirib ki, atışma Pensilvaniyanın şimal-şərqində baş verib və polkovnik Kristofer Paris artıq hadisə yerindədir, yaralanan hərbçilər isə xəstəxanaya aparılıb. Qubernatorun sözlərinə görə, yaralıların vəziyyəti stabildir: "Onlar üçün dua edirik".

C. Şapiro özünün də hadisə yerinə gedəcəyini bildirsə də, atışmanın baş vermə şəraiti haqqında məlumat paylaşmayıb.

Seçilən
9
2
moderator.az

3Mənbələr