AZ

​Kamboca Trampı Nobel Sülh Mükafatına namizəd göstərdi

Kamboca ABŞ Prezidenti Donald Trampı Nobel Sülh Mükafatına namizəd göstərib. Metbuat.az xəbər verir ki, bu barədə Kamboca İnformasiya Nazirliyindən açıqlama verilib. Açıqlamada deyilir ki, Kamboca Tailandla sərhəddə qarşıdurmalara son qoymaq üçün əldə edilən atəşkəs razılaşmasına verdiyi töhfəyə görə Donald Trampı Nobel Sülh Mükafatına namizəd göstərib. Bildirilib ki, Kambocanın baş naziri Hun Manetin Donald Trampın Sülh Mükafatına namizədliyini irəli sürməsi ilə bağlı məktubu Norveç Nobel Komitəsinə təqdim edilib.

Məktubda qeyd olunub ki, Manet Trampı dünya sülhünün əldə edilməsinə verdiyi töhfələrə görə Nobel Sülh Mükafatına namizəd göstərməkdən böyük şərəf duyur.

Seçilən
57
metbuat.az

1Mənbələr