BAKI, 7 avqust. TELEQRAF
Azərbaycan yığma komandasının futbolçusu Cəlal Hüseynovun heyətində yer aldığı Bolqarıstanın "Arda" klubu UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda Litvanın "Kauno Jalqiris" komandasının qonağı olub.
Teleqraf xəbər verir ki, Kaunas stadionunda təşkil olunan görüş "Arda"nın minimal hesablı qələbəsi ilə başa çatıb.
Matçda yeganə qolu 53-cü dəqiqədə Antonio Vutov vurub. Meydan sahibi komanda isə 2-ci dəqiqədən azlıqda qalıb. Yarımmüdafiəçi Damyan Pavloviç birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.
Azərbaycanlı futbolçu start heyətində meydana çıxıb və sonadək meydanda olub. O, 23-cü dəqiqədə sarı vərəqə alıb.
Cavab oyunu avqustun 14-də Bolqarıstanda baş tutacaq.