BAKI, 8 avqust. TELEQRAF
"Bütün tərəfdaşlar başa düşürlər ki, bu müharibəni bitirmək üçün kimin addımlar atması lazımdır. Bu, Rusiyanın müharibəsidir, bu, Rusiyanın təcavüzüdür və atəşkəsə və sülhə zəmanət verə biləcək real diplomatiyaya razılaşmalı olan da Rusiyadır".
Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
O bildirib ki, Ukrayna dünyada açıq şəkildə dəstəklənir: "Mən buna görə bütün tərəfdaşlara çox minnətdaram. Həm də hamı Rusiyanın Ukraynaya qarşı müharibəsinin eyni zamanda Avropada və Avropaya qarşı müharibə olduğu hamı anlayır. Buna son qoymaq və təhlükəsizliyi təmin etmək üçün veriləcək qərarlar həqiqətən də bir nəfərə deyil, bütün Avropaya aiddir. Ona görə də Avropanın səsi proseslərə təsir etməlidir. Biz bütün mövqeləri, eləcə də hər birimizin digər liderlərlə işini koordinasiya etmək üçün söhbətlərimizdə və görüşlərimizdə Avropa liderlərimizlə razılaşırıq ki, Avropanın mövqeləri qorunsun".