AZ

"Sumqayıt" "Qəbələ" matçında qalib müəyyənləşmədi

Bu gün "Sumqayıt" və "Qəbələ" yoxlama oyunu keçirib.

Fanat.Az xəbər verir ki, komandalar Qəbələ şəhər stadionunda üz-üzə gəliblər.

Oyun 2:2 hesablı heç-heçə ilə başa çatıb. 

"Qəbələ"nin heyətində qolları Murad Musayev və İbrahim Sanqare vurublar. "Sumqayıt"da isə Roi Kehat və Aleksandr Ramalinqom fərqləniblər. 

Qeyd edək ki, yay hazırlıq toplanışında "Qəbələ" daha əvvəl "Şamaxı" (2:1), "Kəpəz" (2:0) və "Sumqayıt" (1:0) ilə qarşılaşıb.  "Sumqayıt" isə "İmişli" ilə 0:0 hesablı heç-heçə edib, "Kəpəz"ə qalib gəlib. 

Seçilən
50
fanat.az

1Mənbələr