AZ

"Kəpəz" növbəti transferini rəsmiləşdirdi

style='margin-bottom:10px;'>

"Kəpəz" növbəti transferini rəsmiləşdirib. 

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Gəncəlilər Vitor Feijaonu heyətinə cəlb edib. Braziliyalı cinah yarımmüdafiəçisi ilə 1 illik müqavilə imzalanıb. 

Onun son klubu Avstraliyanın "Sentral Kost Mariners"i olub. 

Qeyd edək ki, "Kəpəz" bunadək Şakir Seyidov (son klubu "Sabah"), Pedro Qomes (son klubu "Boavişta", Portuqaliya), Adama Fofana (son klubu “Adanaspor”, Türkiyə), Otar Aptsiauri (son klubu "Dinamo", Gürcüstan), Kaçper Rosa (son klubu "Motor", Polşa), Fərid Nəbiyev (son klubu "Səbail"), Olavale Onanuqanı (son klubu "Bnei Yehuda", İsrail) transfer edib. 

Seçilən
11
3
teleqraf.com

5Mənbələr