AZ

Berk Oktay haqqında taciz iddiası – Evi, ailəsi, layihəsi... hər şey qarışdı - FOTO

Berk

Berk Oktay və Yıldız Çağrı Atiksoy iki illik münasibətlərinin ardından 2022-ci ilin sentyabrında ailə qurublar. 2024-cü il mayın 21-də isə onlar "Mira Milena" adını verdikləri qızlarını qucaqlarına alıblar.Dünən Berk Oktayın qızı ilə paylaşdığı foto və ona əlavə etdiyi qeyd cütlüyün evliliyində problemlər yaşandığı barədə iddialara səbəb olub. Oktayın paylaşımında yazdığı “Nəfəsim hara qədər çatacaqsa, yalnız sənin üçün savaşacağam, qızım” sözləri izləyicilər tərəfindən həyat yoldaşı Yıldız Çağrı Atiksoya göndərmə kimi dəyərləndirilib. Bu paylaşım evliliklərinin böhran içində olduğu xəbərlərinin yayılmasına səbəb olub. Az keçmədən aktyor həmin paylaşımı silib.İddiaları gücləndirən başqa bir detal isə cütlüyün bir-birini sosial şəbəkələrdə izləməməsidir.BerkAyrılıq xəbərləri gündəmi zəbt etdikdən sonra Berk Oktay bu dəfə həyat yoldaşı Yıldız Çağrı Atiksoy və qızı Mira Milena ilə birgə fotosunu “Şükür səbəbim, ailəm” qeydi ilə paylaşıb.Bəzi iddialara görə, cütlüyün arasında yaranan gərginliyin səbəbi Oktayın çəkildiyi layihədəki yaxınlaşmadır. Söhbət Berk Oktayın "Harman Yeri" layihəsindəki tərəf müqabili Gülsim Ali ilə Antalyada çəkiliş meydançasında yaxınlaşmasından gedir.Berk Oktayla bağlı başqa bir qalmaqallı iddia isə bir neçə həftə öncə model və aparıcı Tuğçe Aral tərəfindən səsləndirilib. Aral demişdi: “Məni tanınmış bir aktyor, həyat yoldaşı hamiləykən və uşaq dünyaya gəldikdən sonra mesajları ilə taciz edib.” Bu şəxsin Berk Oktay olduğu irəli sürülüb.Ulusum.az

Diqqət Çəkənlər

ABŞ Hindistandan idxala əlavə 25 faiz rüsum tətbiq etdi

Tramp Rusiyaya qarşı sanksiyaları niyə tətbiq etmir?

200 işıq illik sirli ulduz beşiyi aşkarlandı

Seçilən
33
ulusum.az

1Mənbələr