AZ

Bərdədə maşın piyadanı vurdu

BAKI, 7 avqust. TELEQAF

Bərdədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə şəhər ərazisində baş verib.

Rayon sakini Abdullayev Natiq idarə "KİA" markalı avtomobil ilə hərəkətdə olarkən digər avtomobildən düşən zaman 1993-cü il təvəllüdlü Həsənov Orxanı vurub.

Nəticədə O.Həsənov müxtəlif dərəcəli xəsarət alaraq Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.

Seçilən
55
4
teleqraf.com

10Mənbələr