İtaliyalı məşhur fotoqraf Canni Berenqo Qardin 94 yaşında vəfat edib.
Referans xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb .
Bildirilib ki, fotoqraf Genuyada dünyasını dəyişib .
Berenqo Qardin 1930-cu il oktyabrın 10-da Santa Marqherita Liquredə anada anadan olub. Atası venesiyalı, anası isveçrəliolub. O, 1954-cü ildə fotoşəkillər çəkməyə başlayıb. Gələcək fotoqraf əvvəlcə fotojurnalist kimi fəaliyyət göstərib. O, "Il Mondo", "Domus", "Epoca", "Le Figaro", "L'Espresso", "Time" və "Stern" kimi nəşrlərlə əməkdaşlıq edib.
Berenqo Qardinin fotoşəkilləri ağ-qara rəngdə hazırlanıb. O, məişət anlarını, mənzərələri, memarlıq strukturlarının fotoşəkillərini və s. lentə alıb. Ümumilikdə 210 albom nəşr edib. Onun əsərləri 360-dan çox fərdi sərgidə, o cümlədən Nyu-Yorkda Müasir İncəsənət Muzeyində, Roçesterdəki George Eastman Evində, Fransa Milli Kitabxanasında sərgilənir./Publika.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta