AZ

Tailand və Kamboca sərhəddəki gərginliyin azaldılması ilə bağlı razılığa gəliblər

Bakı. Trend:

Tailand və Kamboca nümayəndələri Kuala-Lumpurda keçiriləndanışıqların yekununda sərhəddəki gərginliyin azaldılması ilə bağlırazılığa gəliblər.

Trend xarici KİV-lərəistinadən xəbər verir ki, bu barədə Tailand hökuməti "X" sosialşəbəkəsində bəyanat yayıb.

Qeyd edilir ki, iki ölkə arasında sərhəd vəziyyətinintənzimlənməsi üzrə birgə komitənin iclası uğurla başa çatıb.Tərəflər atəşkəs rejiminə əməl olunmasını təmin edən 13 bəndliksazişə razılıq veriblər. Nümayəndələr həmçinin, sərhəddə sabitliyinqorunması və sülhün bərpasına yönəlmiş xüsusi protokolları daimzalayıblar.

Məqalədə:
Seçilən
32
az.trend.az

1Mənbələr