AZ

Ceyms Meddison yenidən sıradan çıxdı

İngiltərə millisinin və “Tottenhem”in 28 yaşlı hücumameyilli yarımmüdafiəçisi Ceyms Meddison yenidən ciddi zədə ilə üzləşib.

Arena.az bu barədə “Tottenhem”in mətbuat xidmətinə istindən məlumat verir.

“Medders” dizindən zədələnib və buna görə cərrahi əməliyyata məruz qalacaq. O, qarşıdakı mövsümün müəyyən hissəsini buraxmaq məcburiyyətindədir.

Xatırladaq ki, Meddison ötən mövsümün sonunda da oxşar problem səbəbindən xeyli müddət komandasına kömək edə bilməmişdi.

Ceyms Meddison “Koventri Siti”nin məzunudur. Futbolçu, karyerası ərzində “Norviç Siti”, “Aberdin” və “Lester Siti”də çıxış edib. “Tottenhem” Meddisonu 2023-cü ilin iyun ayında “tülkülər”in düşərgəsindən tamhüquqlu əsasda “mahmızlar”ın heyətinə qatıb. İngilis futbolçunun London klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış mövsümdə Meddison “Tottenhem” üçün 45 oyuna çıxıb, 12 qol və 11 məhsuldar ötürmə ilə fərqlənib.

Meddisonun “mahmızlar”ın heyətində çıxışının ümumi mənzərəsi 75 oyun, 16 qol və 21 məhsuldar ötürmədən ibarətdir.

Ceyms Meddison 2019-cu ilin noyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 7 oyun keçirib, 1 məhsuldar ötürmə verib.

Meddisonun qənimətlər muzeyində “Lester Siti” ilə qazandığı İngiltərə Premyer Liqası (2021/2022) və İngiltərə Kuboku (2021) var. O, “Tottenhem”lə də Avropa Liqasının (2024/2025) qalibi olub.

“Transfermarkt” internet-portalı 28 yaşlı ingilis yarımmüdafiəçinin transfer dəyərini 42 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
93
arena.az

1Mənbələr