AZ

Bu oyuncaqlar uşaqlar üçün təhlükəlidir

Son dövrlərdə sosial şəbəkələrdə müxtəlif yumşaq və qeyri-adi görünüşlü oyuncaqlar sürətlə trendə çevrilir. Uşaq oyuncaqları günümüzdə çoxsaylı növlərə malikdir, lakin onların bəziləri uşaqların sağlam inkişafına mənfi təsir göstərə bilər. Bəzi oyuncaq modelləri isə uşaqlarda qorxu və narahatlıq hissi yaratmaqla yanaşı, psixoloji problemlərə və mənfi davranış vərdişlərinin formalaşmasına səbəb ola bilər. Bu trendlər həm uşaqlar, həm də yeniyetmələr arasında geniş maraq doğurur. Bəs dünyada yayılan bu cür təhlükəli oyuncaqların uşaqlar üçün hansı risklər yaradır? Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən psixoloq Gülnar Orucova bildirib ki, nə, nə qədər çox reklam olunursa, deməli, ona bir o qədər də ehtiyac yaranır. Çünki reklam vasitəsilə məhsul insanlara təqdim olunur və nəticədə insanlar onu almağa başlayırlar:"Məsələn, "Labubu" oyuncağına nəzər salaq. O, həm aqressiv görünür, həm də eyni zamanda yumşaq təsir bağışlayır. Burada bir təzad var. Əgər bu oyuncağın zərərli olduğunu düşünürüksə, bunu qadağan etmək də problemin həlli olmur. Çünki insana nəyisə qadağan etdikdə, ona qarşı maraq daha da artır. Bu oyuncağın xüsusilə sosial şəbəkələrdə tez-tez paylaşılması, viral hala gəlməsi də diqqət çəkir. Belə hallarda avtomatik olaraq uşaqların, yeniyetmələrin və gənclərin marağı artır. Əsas təhlükə isə 4-9 yaşlı uşaqlarla bağlıdır. Labubu bu yaş qrupundakı uşaqlar üçün daha zərərli hesab olunur. Çünki bu oyuncaq bir mesaj ötürür: “Aqressiv ola bilərsən, çirkin ola bilərsən, əsəbi ola bilərsən, amma yenə də sevilə bilərsən. Bu cür mesajlar aşağı yaşlı uşaqlarda narahatlıq, qorxu, tənhalıq hissi, yuxu pozuntuları kimi mənfi psixoloji hallar yarada bilər. Həmçinin, bu oyuncaqlardan uzun müddət istifadə edən uşaqlar hiss və duyğularını ifadə etməkdə çətinlik çəkə bilər". Psixoloq qeyd edib ki, belə uşaqlar kiminsə qəzəblənməsinə adekvat reaksiya verməyə bilər, davranış pozuntuları ilə üzləşə bilərlər.

Ülkər Cəlilzadə / Metbuat.az

Seçilən
110
50
metbuat.az

10Mənbələr