AZ

Qırıcı təyyarə okeana çırpılıb: Pilot sağ qalıb

Qırıcı

Yaponiyada F-2A döyüş təyyarəsi təlim uçuşu zamanı okeana düşüb. Qəzadan havaya qalxan pilot sağ qalıb.

Xalqcebhesi.az xəbər verir ki, Yaponiyada dəhşətli hərbi aviasiya qəzası baş verib. Yaponiya Özünümüdafiə Qüvvələri (SDF) F-2A qırıcısının Sakit Okean üzərində təlim uçuşu zamanı İbaraki prefekturasının sahillərində qəzaya uğradığını açıqlayıb.

Saat 12:34-də baş verən qəzada təyyarədəki tək pilotun havadan çıxmağı bacardığı və UH-60J helikopteri tərəfindən sağ-salamat xilas edilərək xəstəxanaya aparıldığı bildirilib.

Qəzaya uğrayan təyyarənin İbaraki prefekturasındakı Hyakuri aviabazasına bağlı olduğu açıqlanıb.

Ərazidə gəmilərə heç bir ziyan dəymədiyi, ətraflı araşdırma aparıldığı bildirilib.

Məryəm Quliyeva

Seçilən
45
1
xalqcebhesi.az

2Mənbələr