AZ

SON DƏQİQƏ!  "Ümid edirik ki, 8 avqust Vaşinqtonda məsələ birdəfəlik həll olunacaq"

Məlum olduğu kimi 8 avqust tarixində ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşəcək.


Bu görüşlə bağlı əsas gözləntilər nələrdir? Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanması mümkündürmü? Yerigəlmişkən bu görüşün fonunda Rusiyanın reaksiyası necə olacaq?


Mövzu ilə bağlı millət vəkili Aydın Mirzəzadə Referans-a açıqlamasında bildirib ki, Azərbaycan üçün fərqi yoxdur. Onun milli maraqlarının həyata keçirilməsində kim vasitəçi olacaq? Milli marağımızsa müstəqilliyimizdir, suverenliyimizdir, ərazi bütövlüyümüzdür. Bu gün və sabah ölkəmizə qarşı hər hansısa bir ciddi problemlərin olmamasıdır. Ermənistan 30 il torpaqlarımızı işğalda saxladı. Azərbaycan əsgəri Ali Baş Komandanın rəhbərliyi ilə torpaqları işğaldan azad etdi və bu gün Azərbaycan öz torpaqlarını sahibidir.




Millət vəkili onu da diqqətə çatdırıb ki, Ermənistanla sülh müqaviləsinin təşəbbüskarı biz olmuşuq. Bu müddət ərzində artıq mətn hazırlanıb. Amma bununla belə Ermənistan konstitusiyasında ərazi bütövlüyümüzə olan şübhə müqavilənin imzalanmasını hələ ki, imkansız edir. Amerika prezidenti həm Azərbaycan-Ermənistan liderlərinə görüşmək və bu məsələləri müzakirə etmək təşəbbüsü ilə çıxış edib. Bu çox müsbət bir haldır. Azərbaycan buna böyük hörmətlə yanaşır. Necə ki, vaxtilə digər ölkə rəhbərlərinin təşəbbüsü ilə 2 ölkə liderlərinin görüşü olmuşdu. Bir müddət əvvəl Birləşmiş Ərəb Əmirliklərində görüş oldu və indi isə ABŞ paytaxtında görüşün keçirilməsi dünyanın aparıcı ölkələrindən birinin regionda vəziyyətin normallaşmasına böyük marağını göstərir.


Deputat həmçinin hesab edir ki, regionda gərginliyin qalması, əməkdaşlığı şübhə altına alır, dünya ticarətinə zərər vurur, Azərbaycan vasitəsi ilə avropanın enerji təhlükəsizliyinə müəyyən təhdidlər yaradır. Yəni bu baxımdan ABŞ bu gün problemin birdəfəlik həll edilməsinə böyük maraq göstərir. Buna görə Azərbaycan ABŞ liderinə öz təşəkkürünü bildirir. Ümid edirik ki, bu görüşdə məsələ birdəfəlik həll olunacaq. O ki qaldı sülh müqaviləsinin imzalanması məsələsinə, Azərbaycanın tələbləri ortadadır.  Ermənistan Azərbaycanın 2 ədalətli tələbinə obyektiv və beynəlxalq hüquqa uyğun olan cavab verməlidir. Əgər ABŞ-da məsələ birdəfəlik həll olunduğu halda hesab edirəm ki, bütün dövlətlər sevinməlidir. Rusiya da İran da Fransa da Hindistan da buna müsbət münasibət göstərməlidirlər.  Çünki bu məsələyə bu və ya digər formada həmin ölkələrin də aidiyyatları var. Dünya böyük bir problemi artıq həll edib tarixin arxivinə göndərir. Regionda əməkdaşlıq və ticarət güclənəcək.


"Regionda Azərbaycanın təşəbbüsü ilə yeni regionlar layihələr həyata keçirilir. Zəngəzur dəhlizi işləyəcək və Şərqlə-Qərb arasında möhkəm, etibarlı körpü yaranacaq. Bu görüş baş tutacaqsa, hesab edirəm ki, problemin həlli istiqamətində yeni perspektivlər orada öz əksini tapa bilər", - deyə millət vəkili qeyd edib.


Şahverdiyeva Elena

Referans  

Seçilən
50
referans.az

1Mənbələr