Yaponiyanın avtomobil istehsalçısı “Toyota” 2025-cı maliyyə ilinin birinci rübündə xalis mənfəətini 36,9% azaldıb və gəlirini isə 3,5% artırıb.
Avtosfer.az bu barədə şirkətin press-relizinə istinadən xəbər verir.
Qeyd olunub ki, aprel-iyun aylarında şirkətin xalis mənfəəti 5,73 milyard dollar təşkil edib.
Avtomobil istehsalçısının satışları ötən illə müqayisədə 7,1% artıb.