AZ

Uşaqların sosial mediadan təhlükəsiz istifadəsi üçün valideynlərə tövsiyələr

İnternet və sosial media həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bu səbəbdən valideynlərin övladlarını onlayn təhlükələrdən qorumağa xüsusi diqqət yetirməsi vacibdir.

 

Pravda.az təhlükəsizlik üçün əsas tövsiyələri təqdim edir:

 

Ailə profilindən istifadə: Uşaqlar üçün zərərli məzmunları məhdudlaşdıraraq interneti daha təhlükəsiz hala gətirir.

 

Ekran vaxtının azaldılması: Uşaqların real həyatla əlaqəsinin gücləndirilməsi üçün ekran qarşısında keçirdikləri müddətin tənzimlənməsi tövsiyə olunur.

 

Maarifləndirmə: Uşaqlara sosial mediada təhlükələrin nə olduğunu və onlardan necə qorunmağı öyrətmək vacibdir.

 

Təcili vəziyyət planı: Riskli vəziyyətlərlə üzləşdikdə uşağın necə davranmalı olduğunu əvvəlcədən planlaşdırmaq faydalıdır.

 

Valideynlərin övladları ilə açıq və dəstəkverici münasibət qurması, onların sosial mediadan təhlükəsiz şəkildə istifadə etməsinə kömək edir.

 

Əminə Bayramova

Tarix: 7 Avqust 2025, 17:40   
Seçilən
28
pravda.az

1Mənbələr