AZ

Rusiyalı elmlər doktoru: Moskva Cənubi Qafqaza nəzərətini itirir   

Cənubi Qafqaz gündəminə nəzarətin olmaması, Rusiya üçün uzunmüddətli nəticələrə səbəb olacaq. 

Ölkə.az xəbər verir ki, bunu “Tsarqrad” Telegram kanalının siyasi şərhçisi, siyasi elmlər doktoru Andrey Pinçuk deyib.

O qeyd edib ki, Türkiyə uzun müddətdir Azərbaycanın əsas ərazisini Naxçıvanla, daha sonra isə Türkiyə ilə birləşdirməli olan Zəngəzur dəhlizi ideyasını irəli sürür.

Onun sözlərinə görə, həmin koridorun keçməsinin planlaşdırıldığı Ermənistan bu vəziyyətdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) rəsmi müttəfiqi olaraq qalsa da, faktiki olaraq Rusiya tərəfindən dəstəksiz buraxılıb və Moskva bu məsələdən kənarda qalıb.

"Bu, artıq təkcə İrəvan və ya Bakıya təsir imkanlarının itirilməsi deyil. Bu, ABŞ, Böyük Britaniya və Türkiyə kimi anti-Rusiya oriyentasiyasını gizlətməyən oyunçuların regiona daxil olmasıdır", - deyə Pinçuk bildirib.

Mürtəza

Seçilən
51
1
olke.az

2Mənbələr