“Tottenhem”in yarımmüdafiəçisi Ceyms Maddison uzun müddətə sıradan çıxıb.


Rekord.az BBC-yə istinadən xəbər verir ki, ingiltərəli futbolçu “Nyukasl”la keçirilən yoxlama matçında (1:1) dizindən ağır zədə alıb və meydanı xərəkdə tərk edib.


27 yaşlı oyunçuda ön çarpaz bağların qopması aşkarlanıb. Maddison yaxın günlərdə əməliyyat olunacaq və mövsümün böyük hissəsini buraxacaq.


Qısa müddət sonra “Tottenhem” də zədənin ciddiliyini rəsmi şəkildə təsdiqləyib.