AZ

Konfrans Liqası: “Sabah”ın potensial rəqiblərinin sınağı, millimizin futbolçuları üçün səfər oyunu

Bu gün UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin ilk oyunları keçiriləcək.

İdman.biz xəbər verir ki, Azərbaycan klublarından "Araz-Naxçıvan" "Omoniya", "Sabah" "Levski" ilə üz-üzə gələcək.

Bakı təmsilçisinin potensial rəqibləri - AZ (Niderland) "Vaduts"u Lixtenşteyn) qəbul edəcək. "Araz-Naxçıvan"ın pley-offdakı rəqibi isə Avropa Liqasında PAOK (Yunanıstan) - "Volfsberq" (Avstriya) cütünün məğlubu olacaq.

Bu gün həmçinin, Azərbaycan millisinin futbolçuları Cəlal Hüseynov və Zamiq Əliyevin komandaları da meydana çıxacaqlar. Müvafiq olaraq, "Arda" "Jalqris"ə, "Eqnatiya" "Olimpiya"ya mübarizə aparacaq.

UEFA Konfrans Liqası
III təsnifat mərhələsi, ilk oyunlar
7 avqust

20:00. "Araz-Naxçıvan" (Azərbaycan) - "Omoniya" (Kipr)
20:00. "Aris" (Limassol, Kipr) - AEK (Afina, Yunanıstan)
20:00. "Jalqris" (Litva) - "Arda" (Bolqarıstan)
20:00. "Milsami" (Moldova) - "Virtus" (San Marino)
20:00. "Rosenborq" (Norveç) - "Hammarbü" (İsveç)
20:30. "Banik" (Çexiya) - "Austriya" (Avstriya)
21:00. AİK (İsveç) - "Qyor" (Macarıstan)
21:00. "Riqa" (Latviya) - "Beytar" (İsrail)
21:00. "Silkeborq" (Danimarka) - "Yagelloniya" (Polşa)
21:00. "Vikinq"(Norveç) - "Başakşəhər" (Türkiyə)
22:00. "Anderlext" (Belçika) - "Şerif" (Moldova)
22:00. AZ (Niderland) - "Vaduts" Lixtenşteyn)
22:00. "Differdanj" (Lüksemburq) - "Levadiya" (Estoniya)
22:00. "Levski" (Bolqarıstan) - "Sabah" (Azərbaycan)
22:00. "Olimpiya" (Lyublyana, Sloveniya) - "Eqnatiya" (Albaniya)
22:00. "Polessye" (Ukrayna) - "Pakş" (Macarıstan)
22:00. "Sparta" (Praqa, Çexiya) - "Ararat-Armenia" (Ermənistan)
22:00. "Vikinqur" (İslandiya) - "Linfild" (Şimali İrlandiya)
22:15. "Lozanna" (İsveçrə) - "Astana" (Qazaxıstan)
22:30. "Ballkani" (Kosovo) - "Şamrok Rovers" (İrlandiya)
22:30. "Luqano" (İsveçrə) - "Selye" (Sloveniya)
22:30. "Universitatya" (Krayova, Rumıniya) - "Spartak" (Trnava, Slovakiya)
22:45. "Sent Patriks" (İrlandiya) - "Beşiktaş" (Türkiyə)
22:45. "Vikinqur" (İslandiya) - "Brondbü" (Danimarka)
23:00. "Hayduk" (Xorvatiya) - "Dinamo Siti" (Tirana, Albaniya)
23:00. "Larne" (Şimali İrlandiya) - "Santa Klara" (Portuqaliya)
23:00. "Partizan" (Serbiya) - "Hibernian" (Şotlandiya)
23:00. "Rakov" (Polşa) - "Makkabi" (Hayfa, İsrail)
23:00. "Rapid" (Avstriya) - "Dandi Yunayted" (Şotlandiya)

İdman.biz

Seçilən
28
3
idman.biz

4Mənbələr