AZ

Yapon futbolçu Almaniyada klubunu dəyişdi

Almaniyanın “Ayntraxt” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Frankfurt təmsilçisi “Frayburq”dan Ritsu Doanı transfer edib. Bu abrədə klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı vingerlə 5 illik müqavilə imzalanıb.

“Ayntraxt” yapon futbolçu üçün 21 milyon avro ödəyib.

Doan 2022-ci ilin yayından “Frayburq”da çıxış edirdi. O, 123 oyunda 26 qol vurub, 23 məhsuldar ötürmə edib.

Seçilən
36
1
futbolpress.az

2Mənbələr