AZ

"Vest Hem" avtoqəzada ciddi xəsarətlər alan hücumçusu ilə vidalaşdı

"Vest Hem" hücumçusu Maykl Antonio ilə əməkdaşlığa son qoyub.

Fanat.Az xəbər verir ki, məlumatı İngiltərə klubunun mətbuat xidməti yayıb.

35 yaşlı hücumçu ilə başa çatan müqavilə yenilənməyib. "Çəkicdöyənlər" 2024-ci ilin dekabrında keçirdiyi avtoqəzada ciddi xəsarətlər alan futbolçuya bərpa prosesində dəstək və kömək göstərməyə davam edəcəklərini də açıqlayıblar. Ona klubda iş verilməsi planlaşdırılıb.

Qeyd edək ki, 2015-ci ildən "Vest Hem"in formasını geyinən Maykl komandanın heyətində ümumilikdə 323 matça çıxaraq 83 qolla yadda qalıb.

Seçilən
41
1
fanat.az

2Mənbələr