AZ

Tramp Zəngəzuru geri alır? – Ağ Evdə sülh müqaviləsi və…

“Reuters” yazır ki, ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə Vaşinqtonda Ermənistan və Azərbaycan liderlərinin iştirakı ilə keçiriləcək görüş zamanı çox mühüm sənəd imzalanacaq.

KONKRET.az-ın məlumatına görə, tərəflər Cənubi Qafqazda strateji nəqliyyat dəhlizinin inkişafını nəzərdə tutan çərçivə sülh sazişi imzalayacaqlar. Bu sazişə əsasən:

Ermənistan Zəngəzur dəhlizi üzərində ABŞ-a xüsusi və eksklüziv hüquqlar verəcək;

Bu dəhliz “Beynəlxalq sülh və rifah uğrunda Tramp Marşrutu” (TRIPP) adlandırılacaq;

Dəhliz Ermənistan qanunvericiliyinə uyğun fəaliyyət göstərəcək, lakin ABŞ bu ərazini subarendaya verərək dəhlizin tikintisi və idarəçiliyini beynəlxalq konsorsiuma həvalə edəcək.

Rəsmi mənbələr Reuters-ə bildiriblər ki, bu təşəbbüs bölgədə nəqliyyat əlaqələrinin və iqtisadi inteqrasiyanın gücləndirilməsi məqsədi daşıyır və ABŞ-ın Cənubi Qafqazdakı maraqlarının yeni mərhələyə keçdiyini göstərir.

Hazırda tərəflərdən rəsmi təsdiq gəlməsə də, bu iddia siyasi dairələrdə və medianın gündəmində geniş müzakirələrə səbəb olub.

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
52
1
konkret.az

1Mənbələr