Azərbaycanda rəqəmsal ödəniş sistemləri sahəsində yeni mərhələnin başlanğıcı qoyulub. Mərkəzi Bank bir neçə şirkətə elektron pul buraxılışı və dövriyyəsi ilə bağlı lisenziyalar təqdim edib. Bu addım ölkədə rəqəmsal maliyyə xidmətlərinin genişlənməsi, manatın elektron formatda istifadəsi və ödəniş infrastrukturunun daha da şəffaflaşdırılması baxımından əhəmiyyətli mərhələ hesab olunur. Bəs elektron manatın gələcək taleyi necə olacaq? Kriptovalyuta əsaslı şirkətlərin hüquqi statusu və treydlə məşğul olan qurumların bazarlarda əsas rolu nələri əhatə edəcək?
Referans bildirirki, Ajans.az mövzu ilə bağlı deputat Vüqar Bayramovdan açıqlama alıb. O bildirib ki, elektron pulların dövriyyəyə buraxılması qanunvericiliyə edilən dəyişikliklər ilə tənzimlənir. Azərbaycanda elektron pulların dövriyyəsi ilə bağlı artıq hüquqi baza var. Bu da imkan verir ki, Mərkəzi Bankın lisenziyası əsasında elektron pulların dövriyyəyə buraxılması reallaşsın.
Vüqar Bayramov qeyd edib ki, elektron pullar dövriyyədə olması manatın elektronlaşması anlamına gəlmir. Dünya praktikasında istifadə olunan elektron pullardan yenilərinin dövriyyəyə buraxılması deməkdir. Manat əskinaz formasında buraxılır. Mövcud pul-kredit siyasətinə uyğun olaraq da, manat əskinaz formasında dövriyyəsini davam etdirəcək. Ona görə də, özəl şirkətlər və bəzi banklar tərəfindən elektron pulların tənzimlənməsindən söhbət gedir.
Elektron( coin)-lər əskinazların dəmir forması sayılır. Dünya praktikasında elektron pullar “virtual pullar” anlamına gəlmir. Burada pul elektronlaşırsa bu artıq elektron coin və ya digər anlama gəlmir. Praktikada pulun elektron dövriyyədə istifadəsini həm də mobil formada istifadəsindən söhbət gedir.
Deputat açıqlayıb ki, perspektiv ondan ibarətdir ki, gələcəkdə Azərbaycanda elektron pulların dövriyyəsində artımlar müşahidə olunacaq. Qanunvericiliyin təkmilləşdirilməsi, Mərkəzi Bank tərəfindən lisenziyaların verilməsi praktik olaraq, bu istiqamətdə addımların atılmasına və dövriyyənin genişləndirilməsinə imkan verəcək. Eyni zamanda, bütövlükdə Mərkəzi Bankın müəyyənləşdirdiyi meyarlara uyğun olan şirkətlər elektron pulun dövriyyəsi ilə bağlı müraciət edib, dövriyyəyə buraxılmasında iştirak edə bilərlər.
Burada müəyyən meyarlar mövcuddur. Həmin meyarlara cavab verdiyi halda, şirkətlərin müraciət imkanları var. Mərkəzi bank mütəmadi olaraq, lisenziya verdiyi şirkətlərin siyahısını ictimaiyyətə elan edir.
Onlardan müəyyən qismini sizlərə təqdim edirik:
1) “A-Solutions Elektron Pul Təşkilatı” MMC
2) “United Payment” MMC
3) “PashaPay” MMC
4) "Mobile Payment Solutions" MMC
5)"Mpay" QSC
6) "Paysis" MMC
7) "PulPal" MMC
8) "Qoldenpey" ASC
9) "K GROUP" MMC
10) "Azərikard" MMC
11) "Payriff" MMC
12) "Greentek Group" MMC
13) "Cüzdan" MMC
14) "Tiko Azərbaycan" MMC
15) "Baku Pay" MMC