"Arsenal"ın baş məşqçisi Mikel Arteta komandaya yeni gələn Viktor Qyökeresin mövsümöncəsi oyunlarda göstərdiyi performansla bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, ispaniyalı mütəxəssis bu barədə jurnalistlərə açıqlamasında danışıb.
"Viktor 100%, bəlkə də daha çox hazır olacaq. Qyökeres öz bacarığına çox arxayındır, tez uğur qazana bilər. Onun münasibətini bu həftə gördüm"
Son yoldaşlıq görüşündə "topçular" İspaniyanın "Vilyarreal" klubuna 2:3 hesabı ilə uduzub.
Xatırladaq ki, skandinaviyalı qolçu bu yay Portuqaliyanın "Sportinq"indən keçərək İngiltərənin top klubunun sıralarına qoşulmuşdu. İsveçli futbolçu "topçular"la 5 illik əmək müqaviləsi imzalayıb.