“Sabah”ın Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi “Levski” oyunçusu Klement İkenna ilə yollarını ayırıb.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Bu gün keçiriləcək “Levski” – “Sabah” oyunu saat 22:00-da başlayacaq. Komandalar arasındakı cavab görüşü avqustun 14-də Bakıda olacaq.