Yaponiyalı yarımmüdafiəçi Ritsu Doan Almaniya Bundesliqasında klubunu dəyişib.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi "Frayburq"u "Ayntraxt Frankfurt"a dəyişib.
Doan yeni komanda ilə 2030-cu ilin ortalarına kimi uzunmüddətli əmək müqaviləsi imzalayıb.
27 yaşlı futbolçunun müqaviləsinin dəyəri 21 milyon avrodur.
"Frayburq" bonus ödənişlərində daha bir milyon qazana bilər.
Almaniya çempionatının 2024/2025 mövsümündə yaponiyalı futbolçu 34 oyun keçirib, on qol vurub və 7 məhsuldar ötürmə edib.