ABŞ Prezidenti Donald Tramp sosial mediada bir paylaşımında Amerikan texnologiya nəhəngi Intel-in Baş direktoru (CEO) Lip‑Bu Tan-ı istefaya çağırıb.
Marja xəbər verir ki, Tramp paylaşımında aşağıdakı ifadələri yer verib:
“Intel-in Baş direktoru son dərəcə maraq toqquşması içindədir və dərhal istefa etməlidir. Bu problemin başqa bir həlli yoxdur.”
Bu çağırış, Respublikaçı senator Tom Cotton-un bu həftə Intel-in Müşahidə Şurasının sədrindən Baş direktor Lip‑Bu Tan-ın Çinlə əlaqələri və Çin ordusuna bağlı bəzi şirkətlərə etdiyi investisiyalarla bağlı sualları cavablandırmasını istəməsindən sonra gəlib.
Cotton, çip istehsalçısı Intel-in Müşahidə Şurasının sədrinə yazdığı məktubda, Tan-ın Intel-ə Baş direktor təyin edilməzdən əvvəl Çində etdiyi investisiyalara toxunub. Xüsusilə, Tanın on il ərzində rəhbərlik etdiyi və Çindəki hərbi universitetə məhsul satan Cadence Design Systems Inc. adlı texnologiya şirkəti ilə əlaqələrinə dair narahatlıqları vurğulayıb.
Çərşənbə günü Intel-in rəsmi açıqlamasında qeyd edilib: “Intel və cənab Tan ABŞ-ın milli təhlükəsizliyinə dərin bağlıdır.”
Trampın Lip‑Bu Tan-ın istefasını tələb etməsindən sonra Intel-in səhmləri bazar öncəsi ticarətdə təxminən 4‑dən 4.5‑faizədək ucuzlaşıb.