AZ

Masallıda meşədə yanğın oldu - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Masallı rayonunun Qəriblər kəndində meşə massivində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Moderator.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən daha böyük əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində bir ha sahədə quru ot və kol-kos yanıb.

Meşə zolağı yanğından mühafizə olunub.

 

Seçilən
25
37
moderator.az

10Mənbələr