AZ

Alaba "Real"da qalacaq

"Real"ın mərkəz müdafiəçisi David Alaba bu yay komandadan ayrılmayacaq.

90deqiqe.Az-ın "AS"a istinadən yaydığı məlumata görə, avstriyalı futbolçu, zədələri və formasında yaşanan ehtimal olunan eniş səbəbilə transferlə bağlı müxtəlif şayiələrə səbəb olsa da, 33 yaşlı oyunçu Madrid klubunda qalacaq.

David Alaba "Real"a 2021-ci ildə qoşulub və hazırda onunla olan müqavilə növbəti mövsümün sonuna qədər qüvvədədir. Yanvar ayında oyunçu, 1 ildən çox müddət ərzində qaçırdığı ön çapraz bağ zədəsindən sonra meydana qayıdıb. Keçən mövsümdə isə mərkəz müdafiəçisi yalnız 14 matçda iştirak edib.

 

Seçilən
36
90deqiqe.az

1Mənbələr