İngiltərənin “Vest Hem” klubu uzun illər komandada çıxış edən Maykl Antonio ilə vidalaşıb.
İdmanxeber.az-ın məlumata görə, 35 yaşlı hücumçu ilə başa çatan müqavilə yenilənməyib. Bununla belə, Premyer Liqa təmsilçisi 2024-cü ilin dekabrında baş verən ciddi avtoqəza sonrası futbolçunun reabilitasiya prosesində ona dəstək göstərməyə davam edəcəyini açıqlayıb.
Klub eyni zamanda Antonionun gələcəkdə “Vest Hem”də alternativ rolda fəaliyyət göstərə biləcəyini də istisna etməyib.