4000-dən çox xəstəni müalicə edən “tibb bacısı” həbs edilib
Ajans.az BBC-ə istinadən xəbər verir ki,2024-cü ilin iyunundan 2025-ci ilin yanvarınadək 4486 xəstəyə tibbi xidmət göstərib. Flagler County Şerifi Rik Stali bu hadisəni “indiyə qədər araşdırılan ən narahatedici tibbi fırıldaqçılıq işlərindən biri” adlandırıb. Bardisa 2023-cü ilin iyulundan 2025-ci ilin yanvarınadək Palm Coast şəhərindəki AdventHealth Palm Coast Parkway xəstəxanasında çalışıb. İlkin araşdırmaya görə, Bardisa başqa bir tibb bacısına məxsus lisenziya nömrəsini istifadə edərək saxta sənədlərlə işə qəbul olunub. Uyğunsuzluqları izah edərkən, soyadını evlilik səbəbilə dəyişdiyini bildirib, lakin bu barədə heç bir sübut təqdim etməyib. Yanvar ayında yüksəliş təklifi aldıqdan sonra həmkarlarından biri onun lisenziyasının müddətinin bitdiyini aşkar edib və məsələ barədə rəhbərliyə məlumat verib. Nəticədə, onun müqaviləsi ləğv olunub və 7 ay davam edən cinayət araşdırması başlanıb. Hazırda Bardisa barəsində lisenziyasız səhiyyə fəaliyyəti və şəxsiyyət məlumatlarının saxta istifadəsi daxil olmaqla yeddi maddə üzrə ittiham irəli sürülüb. O, 70 min dollar girov qarşılığında Şerif Perry Hall Təcridxanasında saxlanılır. Şerifin ofisi Bardisanın müalicə etdiyi şəxslərin özlərini müəyyən edə bilmələri üçün [email protected] ünvanını istifadəyə verib.