“Şamaxı” yay təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununu keçirəcək.
"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bölgə təmsilçisi avqustun 9-da "Zirə" ilə qarşılaşacaq. Görüş Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında oynanılacaq. Matç saat 17.45-də başlayacaq.
Qeyd edək ki, "Şamaxı" bunadək "Qəbələ"yə 1:2 hesabı ilə uduzub, "Karvan"a 2:0 hesabı ilə, "Sumqayıt"a isə 1:0 hesabı ilə qalib gəlib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta