AZ

Emir Benderlioğlu yeni serialda

ain.az, Cebheinfo saytına istinadən bildirir.

Türkiyəli məşhur aktyor Emir Benderlioğlunun yeni layihəsi bəlli olub.

“Cebheinfo.az” xəbər verir ki, sənətçi yeni mövsümdən ekranlara qayıdacaq.

O, “ATV”nin iddialı seriallarından “Can Borcu”nda çəkiləcək. Aktyor ekran işində “Polis Oğuz” obrazına həyat verəcək. Serialın çəkilişləri 16 avqustda başlayacaq, ikinci mövsümə isə sentyabrın ilk yarısında start veriləcək.

Qeyd edək ki, 45 yaşlı aktyor karyerası ərzində “Kavak Yelleri”, “Yer Gök Aşk”, “Arka Sokaklar”, “Eşkıya Dünyaya Hükümdar Olmaz”, “Barbaroslar: Akdenizin Kılıcı”, “Teşkilat”, “Yalan” və “Deha” kimi ölkəmizdə də maraqla izlənilən seriallarda rol alıb.

Elmir

“Cebheinfo.az”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
94
1
cebheinfo.az

2Mənbələr