AZ

Bu gün "Sabah"la qarşılaşacaq "Levski"də ayrılıq yaşandı

“Sabah”ın UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində rəqibi olan Bolqarıstanın “Levski” klubunda ayrılıq yaşanıb. 

Fanat.Az xəbər verir ki, məlumatı Sofiya təmsilçisinin rəsmi saytı yayıb. 

"Levski" futbolçusu Klement İkenna ilə yollarını ayırıb. Yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

2024-cü ilin yayında "Levski"yə transfer olunan nigeriyalı futbolçu bu ilin əvvəlində Ukraynanın "Krivbass" klubuna icarəyə verilmişdi. İyunda düşərgəyə dönən futbolçuya azad agent statusu verilib.

“Sabah” “Levski” ilə ilk oyununu bu gün keçirəcək. Oyun saat 22:00-da start götürəcək. Cavab görüşü isə avqustun 14-də Bakıda baş tutacaq.

Mirağa

Seçilən
34
fanat.az

1Mənbələr