AZ

Bakıda havanın temperaturu tədricən enəcək

Sabahdan Bakıda və Abşeron yarımadasında hava temperaturunun aşağı düşəcəyi gözlənilir.

Yenisabah.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Avqustun 8-də Bakıda və Abşeronda havanın temperaturu gecə 24-28 isti, gündüz 34-38 dərəcə isti olacaq. Dominos pizza

Şənbə və bazar günləri hava temperaturunun daha 2 dərəcə aşağı düşəcəyi ehtimal edilir. Gələn həftənin Cümə gününə qədər isə ümumilikdə bugünlə müqayisədə 6 dərəcə temperatur fərqi olacağı və havanın 29-34 dərəcə istiyə qədər sərinləşəcəyigözlənilir.

Bir neçə gündür ardıcıl olaraq Bakıda və Abşeronda gecə 25-29, gündüz 35-40 dərəcə isti qeydə alınır.


Telegram kanalımız
Seçilən
88
10
yenisabah.az

10Mənbələr