AZ

Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alacaq gənclərdən 60 nəfəri ADNSU məzunudur

Bakı, 7 avqust, AZƏRTAC

2025–2026-cı tədris ili üzrə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”na qəbulun nəticələri açıqlanıb. Proqram çərçivəsində magistratura səviyyəsində uğur qazanan 356 nəfərdən 60 nəfəri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) və universitetin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) məzunudur.

Universitetdən AZƏRTAC-a bildirilib ki, ADNSU tələbələri dünyanın aparıcı ali təhsil müəssisələrində - Böyük Britaniyanın Oksford Universiteti, London Imperial Kolleci, Vorvik Universiteti, London Kral Kolleci, ABŞ-ın Kolumbiya Universiteti, Cons Hopkins Universiteti, İsveçrənin ETH Zurich və digər nüfuzlu universitetlərə təhsil alacaqlar.

ADNSU-nun “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində dünyanın nüfuzlu universitetlərində təhsil alacaq məzunlarının adları ilə buradan tanış ola bilərsiniz.

Bu göstərici ADNSU-nun yüksək təhsil səviyyəsini və məzunlarının beynəlxalq arenada rəqabət qabiliyyətini bir daha təsdiqləyir.

Seçilən
118
50
azertag.az

10Mənbələr