AZ

İsrail Misirə 35 milyard dollarlıq təbii qaz tədarük edəcək

İsrail Misirə 35 milyard dollar dəyərində təbii qaz tədarük edəcək.

Operativ Media xəbər verir ki, bu barədə "Reuters" məlumat verib. 

Bildirilib ki, bu yəhudi dövlətinin tarixində ən böyük ixrac müqaviləsidir . Leviafhan qaz yatağından tədarüklər  2040-cı ilə qədər davam edəcək. 

Qazın tədarükü iki mərhələdə həyata keçiriləcək:

Birinci mərhələdə, yəni 2025-ci ildən 20 milyard kubmetr qaz veriləcək;

İkinci mərhələdə, Leviafan platformasının genişləndirilməsi başa çatdıqda, daha 110 milyard kubmetr qaz ixrac ediləcək.

Seçilən
73
operativmedia.az

1Mənbələr