AZ

Duqlas Luis Premyer Liqaya qayıda bilər

“Yuventus”un yarımmüdafiəçisi Duqlas Luis yenidən İngiltərəyə dönə bilər.

İdmanxeber.az “Football Insider”ə istinadən xəbər verir ki, 27 yaşlı futbolçu ilə “Everton” maraqlanır. Potensial transferin məbləği 46 milyon avro olaraq göstərilir.

Luiz əvvəllər “Aston Villa”da çıxış edib və Premyer Liqa təcrübəsinə malikdir. O, “Yuventus”da keçən mövsüm 27 oyuna çıxsa da, fərqlənə bilməyib. Müqaviləsi 2029-cu ilə qədərdir.

Seçilən
73
idmanxeber.az

1Mənbələr