AZ

Donuz fermasında qətl işi: Təqsirləndirilən azad edildi

Ajans.az BBC-ə istinadən xəbər verir ki,Dövlət prokuroru təqsirləndirilən üç nəfərdən biri – 20 yaşlı Adrian de Wet-ə qarşı qətl ittihamını rəsmən geri götürüb. Məhkəmədə ifadə verən De Wet bildirib ki, ferma sahibi, 60 yaşlı Zachariah Johannes Olivier, 45 yaşlı Mariya Makqato və 34 yaşlı Lucia Ndlovunu güllələyib və ona cəsədləri donuzlara atmaq üçün təzyiq göstərib. De Wet həmin gecə baş verənləri ətraflı təsvir edərək dövlət şahidi qismində çıxış edib. Onun vəkillərinin sözlərinə görə, o, qorxu altında hərəkət edib və əsl cinayətkarın kim olduğunu göstərmək üçün hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edib. Məhkəmə fasilə verdikdən sonra o, azadlığa buraxılıb. Hadisə qurbanların ailələri üçün sarsıdıcı olub. Mariya Makqatonun qardaşı Valter Makqato məhkəmə qarşısında göz yaşlarına boğularaq, azad edilən şəxsin bacısının ölümündə əli olduğunu bildirib və bu qərarın ədalətsiz olduğunu deyib. Digər iki təqsirləndirilən – Zachariah Olivier və 50 yaşlı William Musora – barəsində istintaq davam edir, onlar hələlik həbsdə saxlanılır. Cinayət işi ölkədə geniş ictimai rezonans doğurub və uzun müddətdir davam edən irqi və sosial gərginliyi bir daha gündəmə gətirib. Məhkəmə prosesi 6 oktyabrda davam etdiriləcək.

 

Seçilən
44
Ajans.az

1Mənbələr