Məktəbəhazırlıq qrupuna getməyən uşaqların birinci sinfə qəbulunda heç bir maneə yoxdur.
Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bunu MÜTDA-nın Ümumi təhsilin təşkil şöbəsinin aparıcı məsləhətçisi Aidə Əsgərli deyib.
"Məktəbəhazırlıq qrupları icbari xarakter daşımır. Birinci sinfə qəbul zamanı məktəbəhazırlıq mərhələsində iştirak etməyən uşaqlar da qeydiyyatdan keçə bilərlər”, - Aidə Əsgərli qeyd edib. pizza mizza
Onun sözlərinə görə, Bakı şəhəri üzrə 20 mindən artıq uşaq məktəbəhazırlıq qruplarına qəbul olunub:
“2025-2026-cı il üzrə məktəbəqədər hazırlıq üçün 5 yaşı tamam olan uşaqlar qeydiyyatdan keçə bilər. Yəni 2020-ci il yanvarın 1-dən dekabrın 31-dək uşaqlar məktəbəqədər hazırlıq üzrə qeydiyyatdan keçə bilərlər. Valideynlər sentyabrın 1-dən 30-a kimi sənədlərini təhsil müəssisələrinə təqdim etməlidir”.
Telegram kanalımız