AZ

ABŞ və Cənubi Koreya birgə təlimlər keçirəcək

Cənubi Koreyanın "Yonhap" xəbər agentliyinin yaydığıməlumatagörə, real təhlükələrə qarşı təlim müttəfiqlərin bütün sahələrdə döyüş hazırlığını artırmaq, eyni zamanda, kibertəhlükəsizliyi gücləndirmək məqsədi daşıyır.

Diqqətə çatdırılıb ki, təlimlərdə həyata keçiriləcək sahə manevrlərinin müddəti 20 sentyabradək uzana bilər.

Keçən il bu təlimlərə 19 minə yaxın Cənubi Koreya hərbçisi qoşulub, 48 səhra təlimi keçirilib. Şimali Koreyada bu cür tədbirləri "işğal məşqi" adlandırsalar da. Cənubi Koreya və ABŞ "təlimin yalnız müdafiə xarakteri daşıdığını" vurğulayır.

Firudin Həmidli
AzVision.az
Seçilən
37
azvision.az

1Mənbələr