İran prezdenti Məsud Pezeşkian Ermənistana səfər edəcək.
“Prezident İraq, Pakistan, Azərbaycan, Qətər və Omana səfər edib, yaxın iki həftə ərzində Ermənistana gedəcək”, – deyə XİN başçısı bildirib.
Əraqçinin sözlərinə görə, Pezeşkianın Çinə səfəri də nəzərdə tutulub. O, Şanxay Əməkdaşlıq Təşkilatı liderlərinin sammitində iştirak etmək üçün ora gedəcək.