Türkiyə xarici işlər naziri Hakan Fidan Suriyaya səfər edib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
XİN başçısının səfər çərçivəsində Suriya Prezidenti Əhməd əş-Şara ilə görüşü gözlənilir.
Görüşdə ikitərəfli münasibətlər, Suriyanın yenidən qurulması və terrorla mübarizə məsələlərinin müzakirə olunacağı gözlənilir.