AZ

Bakıda quldurluq edən şəxs saxlandı


Paytaxtın Yasamal rayonunda quldurluq hadisəsi qeydə alınıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, naməlum şəxs gecə saatlarında zərərçəkənə zor tətbiq edərək onun mobil telefonunu ələ keçirib.

Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 19 yaşlı M.Abışov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

ZÜMRÜD

Seçilən
48
9
baki-xeber.com

10Mənbələr